Hindistanda bəyə sürpriz vəd edən gəlin onu boğazından bıçaqladı

Dünya

Hindistanın Andxra-Pradeş ştatının sakini gələcək ərini gizli görüşə dəvət edib və onu boğazından bıçaqlayıb.

Bildirilib ki, gənclər gələn ay toy etməli idilər. Ancaq Puşpa adlı qız valideynlərinin onun üçün seçdiyi Ramanı bəyənməyib. Gəlin ona sürpriz vəd edərək görüşə çağırıb. Görüş zamanı Puşpa özü ilə götürdüyü bıçaqla gəncin boyun-boğaz nahiyəsinə zərbə endirərək qaçıb.

Xoşbəxtlikdən gələcək bəyi xilas etmək mümkün olub. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun ağır yaralandığını deyiblər.

Qıza gəlincə, polis onun cinayətkar keçmişinin olmadığını və əvvəllər məhkum olunmadığını qeyd edib.

Mənbə: gazeta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir