Britaniyalı nazir: “Ukrayna Rusiya ərazisində yerləşən hərbi obyektlərə hücum etmək hüququna malikdir”

Dünya

“Ukrayna Rusiya ərazisində yerləşən hərbi obyektlərə hücum etmək hüququna malikdir”.

Bu fikirləri Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi səsləndirib.

Britaniyalı nazir xatırladıb ki, hərbi təcavüz baş verməmişdən əvvəl Ukrayna öz sərhədləri daxilində dinc şəraitdə yaşayan suveren ölkə idi.

“Sonra başqa bir ölkənin 130 minlik ordusu bu sərhədləri pozmaq qərarına gəldi. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlanğıcı idi və müharibədə Ukrayna rəqibin ərazisinin dərinliklərində yerləşən maddi-texniki xətlərinə, yanacaq ehtiyatlarına, silah-sursat anbarlarına zərbə endirmək hüququna malikdir”, – deyə Ceyms Heppi fikrini tamamlayıb.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir