Mariupolda Dram Teatrının bombalanmasından dərhal sonra qeydə alınmış kadrlar – VİDEO

Dünya

Sosial şəbəkələrdə Rusiyanın Mariupol Dram Teatrını bombalamasından dərhal sonra şahidlərin çəkdikləri video yayılıb.

Kadrlardan görünür ki, bina dağılandan sonra da bombardman davam edib.

Xatırladaq ki, faciəvi hadisə martın 16-da baş vermişdi. Yanında iri hərflərlə “DETİ” (“Uşaqlar”) yazılmasına baxmayaraq, bina aviahücuma məruz qalmışdı. Sığınacaq kimi istifadə olunan teatrın bombalanması zamanı uşaqlar da daxil olmaqla azı 300 nəfər sakinin öldüyü bildirilir.

Mənbə: Truxa Ukraina

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir