Ofisdə masanın altında işləyən qadın sosial media istifadəçilərini təəccübləndirdi

Dünya

Çalışdığı ofisdə masanın altında işləyən israilli qadın sosial şəbəkə istifadəçilərini təəccübləndirib. 

Minni Mayer adlı qadın hesab edir ki, o, bununla iş prosesi zamanı diqqəti yayındıran məqamlarla mübarizə aparır.

“Hər dəfə səs-küy yarananda notbukumu götürüb masanın altında işləyirəm. Mən masanın altında olan sakitlikdən həzz alıram. Kürəyim mənə 36 yaşımın olduğunu xatırladana qədər orada otururam”, – deyə Minni Mayer vurğulayıb.

M.Mayer sosial media istifadəçilərinə öz metodu haqqında məlumat verəndən sonra insanların bu hadisəyə münasibəti haçalanıb.

Bəziləri qadının davranışını qeyri-ciddi hesab etsələr də, digərləri bu maraqlı təklifə görə ona təşəkkür ediblər.

Mənbə: Daily Mail

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir