İstanbulda it və sahibinə pişik hücum edib – VİDEO

Dünya

İt sahibinin qorxusu kameraya əks olunub.

Maraqlı hadisə Eminönüdəki keçiddə baş verib. Səkidə yatan pişik keçidin pilləkənləri ilə çıxan itlə sahibinə hücum edib. Pişiyin itinin üstünə atıldığını görən sahibi dərhal onu qayışından tutaraq havaya qaldırıb. Bu dəfə də pişik itin sahibinə hücum edib. Qorxan və təlaşa düşən şəxs kənardakı mağazaya sığınıb. Pişik sakitləşdikdən sonra it və sahibi sürətlə keçidi tərk edərək hadisə yerindən qaçıblar. Pişiyin itə və sahibinə hücum etdiyi anlar bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub.

Mənbə: Haberler.com

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir