Rusiyadan idarə edilən “Telegram” kanalı Ukraynadakı mülki şəxslərin qətlinin təlimatını yayıb – FOTO

Dünya

Rusiyadan idarə edilən “Rusiç” “Telegram” kanalı vasitəsi ilə Ukrayna vətəndaşlarının qətlinə çağırış edilib.

Rusiya hərbçilərinə verilən təlimatda işğal etdikləri ərazidən hər-hansı foto və video çəkiliş etməmək, mülki əhalidən qida götürməmək, həmçinin hər yerdə kameraların olduğunu unutmamaq barədə tövsiyələr yer alır.

Rusiya hərbçilərinə xüsusən mobil telefonlardan istifadə zamanı diqqətli olmaq, “WhatsApp”, “Viber” kimi proqramların istifadəsindən çəkinmək tövsiyə edilir.

“Qısa danışın, şəxsi və xidməti məlumatlarınızı telefon danışığı zamanı dilinizə gətirməyin. Əgər nəyisə düz etmədinizsə, çalışın ki, yerlilər arasında bu əməlinizin şahidi qalmasın”, – “Telegram” kanalın təlimatlarında qeyd olunur.

Qeyd edək ki, “Rusiç” “Telegram” kanalı müharibənin başladığı ilk gündən Rusiya ordusunun işğalçı fəaliyyətinə aktiv media dəstəyi verir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir