Antalyada həyəcanlı anlar: Ana uşaqları ilə paraşütdə havada qaldı – VİDEO

Dünya

Türkiyənin turizm şəhəri Antalyanın Bələk rayonunda dincələn ana və iki uşağı qayığa bərkidilmiş paraşütlə havaya qalxıblar. Qayıq sahilə çıxanda paraşüt havada dayanıb.

Həmin anlar ətrafdakıların mobil telefon kamerasına əks olunub.

Ailəni endirmək üçün qayıqdan kəndir qoparılıb. Hoteldə istirahət edən 50 nəfərlik qrup paraşütün havada sabit qala bilməsi üçün səfərbər olub.

Bir müddət havada qalan ana və uşaqları uzun sürən mübarizə nəticəsində hotelin bağçasına endiriliblər.

Mənbə: TRT Haber

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir