NATO-nun keçmiş komandanından Ukraynanın hansı silahlara təcili ehtiyacı olduğu barədə AÇIQLAMA

Dünya

ABŞ avropalı müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini silahla təmin etmək üçün daha da çox addımlar atmalıdır.

Bu barədə NATO-nun keçmiş komandanı Filip Bridlav bildirib.

Hərbçi bəzi Qərb siyasətçilərinin Putinə “simasını saxlamaq” imkanının verilməsi və Rusiya prezidentini “təhrik etməmək” barədə fikirlərini “cəfəngiyyat” adlandırıb.

Bridlav eyni zamanda Ukrayna ordusunun peşəkarlığını qeyd edib. “Ukrayna hərbçilərinin indi özlərini necə göstərmələrindən olduqca qürur hissi duyuram. Artıq bütün dünya Ukrayna ordusunun və Ukraynanın necə cəsarətlə döyüşdüyünü gördü” – deyə Bridlav qeyd edib.

Lakin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin daha çox silaha ehtiyacı var. “İlk növbədə biz Klarkın qeyd etdiklərini tez bir zamanda verməliyik. Bunlar reaktiv yaylım atəşi qurğuları, artilleriya, uzaqmənzilli artilleriya, hava hücumundan müdafiə vasitələridir ki, hələ də kifayət qədər həcmdə tədarük olunmur” – deyə o vurğulayıb.

ABŞ Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə təmin etməlidir – orta və uzun mənzilli.

““Neptun” kimi raketlər və bu qəbildən olan, Ukraynaya hazırda apardığı döyüşlərdə kömək edəcək ən qabaqcıl silahlar tədarük olunmalıdır. Quruda nə baş veridiyindən asılı olmayaraq  indi Qara dənizdəki vəziyyətə Rusiya nəzarət edir. Buna yol vermək olmaz” – deyə o əminliyini ifadə edib.

Mənbə: Unian.net  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir