Türkiyədə mikroavtobus aşdı, 27 nəfər yaralandı

Dünya

Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

Qəzada dördü ağır olmaqla 27 nəfər xəsarət alıb.

Hadisə Mersinin Erdemli mahalında meydana gəlib.

İnsidentə əyləcin boşalması avtomobilin idarəetmədən çıxması səbəb olub.

Qəza zamanı xəsarət alanlar təcili yardım maşınları ilə Erdemli və Mersinin müxtəlif xəstəxanalarına yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Mənbə: Haber Global

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir