Ağ Evdən Tehran sammitinə reaksiya: “Rusiya kömək üçün İrana üz tutmağa məcburdur”

Dünya

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya Prezidenti Vladimir Putinin İrana səfərinin digər məsələlərlə yanaşı, ölkənin hərbi sənaye kompleksinin Ukraynadakı əməliyyata davam etmək istiqamətində yaşadığı çətinlikləri göstərdiyini bildirib. 

Mətbuat konfransında Kirbidən ABŞ-ın Rusiya liderinin Tehrana səfərinə necə şərh edəcəyi soruşulub.

“Birincisi, bu, Putin və Rusiyanın təcrid dərəcəsini göstərir. İndi onlar kömək üçün İrana üz tutmağa məcburdurlar”, – deyə o, bəyan edib.

Həmçinin, Ağ Ev rəsmisi sanksiyalar və ixrac nəzarəti səbəbindən Rusiyanın yüksəkdəqiqlikli idarə olunan raketlər və müasir sistemlər, tanklar, hətta təyyarələr, xüsusən də mikroelektronika ilə bağlı problemləri olduğunu qeyd edib.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir