Rusiyada iki sərnişin təyyarəsi təcili eniş etdi: Birinin qanadı qırıldı – FOTO

Dünya

Rusiyanın İrkutsk vilayətində iki təyyarə təcili eniş edib. Onlardan birinin eniş zamanı qanadının bir hissəsi qopub.

Hər iki hadisə avqustun 17-də baş verib.

Sərnişin təyyarələrinin “Anqara” aviaşirkətinə məxsus olduğu bildirilir.

Məlumata görə, Ust-Kutda eniş edən “An-24”ün qanadı yerə toxunduğu üçün zədələnib. Bundan əvvəl göyərtə mühərrikinin enerji təchizatında problemlər yaranıbmış. Təyyarədə ümumilikdə dörd heyət üzvü və 40 sərnişin olub. Zərərçəkən yoxdur.

Digər “An-24” isə havaya qalxdıqdan 35 dəqiqə sonra İrkutska qayıdıb. Onun göyərtəsində 45 sərnişin olub. Uçuşdan sonra hava gəmisinin sol mühərrikində nasazlıq yaranıb. Təyyarə uğurlu eniş edib, burada da zərərçəkən yoxdur.

Mənbə: TASS, “Babr Mash” “Telegram” kanalı

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir