Moldovada prezidentin istefası ilə bağlı aksiyalar – VİDEO

Dünya

Müxalifətdə olan “Şor” partiyasının tərəfdarları Moldova Prezidenti Maya Sandunun istefasını tələb ediblər. Onlar Prezident Administrasiyasının binası qarşısında toplaşaraq etirazlarını bildiriblər.

İyulda Moldova Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu qanunsuz maliyyələşdirmə işi ilə bağlı “Şor” fəallarının və tərəfdarlarının evlərində axtarışlar aparıb. Bundan sonra parlament partiya sədrinin müavini Marina Tauberin deputat toxunulmazlığını ləğv edib. Sonra isə Marina Tauber həbs olunub. Siyasi formasiya üzvləri hesab edir ki, Tauberin həbsi siyasi xarakter daşıyır və həbsin arxasında birbaşa Prezident Sandu dayanır.

Etirazçıların çoxu mitinqə “Marina siyasi məhbusdur” yazılmış köynək və kepka ilə gəlib.

“Biz bu diktaturaya son qoymalıyıq, ona görə də Prezident Maya Sandunun istefasını tələb edirik. Onun ardınca kim gələcək? Biz ölkə üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”, – deyə aksiya təşkilatçıları bildiriblər.

Mənbə: Gazeta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir