Yaponiya polisinin rəisi Şinzo Abenin öldürülməsinə görə istefa verdi – FOTO

Dünya

Yaponiyanın Baş Polis İdarəsinin rəisi İtaru Nakamura istefa verəcəyini açıqlayıb. O, sui-qəsd nəticəsində öldürülən keçmiş baş nazir Şinzo Abenin təhlükəsizliyinin təmin edilməsində yol verdiyi nöqsanlara görə bu addımı atdığını deyib.

“Mən istefa ərizəmi təqdim etdim”, – deyə Nakamura bildirib.

Xatırladaq ki, iyulun 8-də Abe seçki proqramı çərçivəsində Nara şəhərində küçədə çıxış edərkən ona sui-qəsd edilib. Siyasətçi 41 yaşlı Tetsuya Yamaqami tərəfindən iki dəfə güllələnib. Hücumçu saxlanılıb.

Dindirilmə zamanı o, cinayətin motivlərindən danışarkən ifadəsini bir neçə dəfə dəyişib. Hücum edən şəxs əvvəlcə hökumət başçısının işindən narazı olduğu üçün Abeni öldürmək istədiyini bildirib. Daha sonra o, keçmiş baş naziri öldürmək istədiyi təriqət lideri ilə səhv saldığını bildirib. Şübhəli şəxs yerli dini qruplaşmanın yüksək rütbəli lideri olduğunu bildirsə də, onun adını açıqlamayıb. Daha sonra Yamaqami polisə bildirib ki, cinayəti ilə siyasətçinin mənsub olduğu iddia edilən müəyyən qrupa qarşı çıxış etmək istəyib. O, anasının bu təşkilata pul bağışladığını, bundan sonra ailənin həyatının dağıldığını deyib. Hücum edən şəxsin əqli vəziyyəti araşdırılır.

Bir müddət əvvəl Şinzo Abenin güllələndiyi ehtimal olunan əldəqayırma tapançanın texniki şəkli paylaşılmışdı.

Mənbə: M24.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir