İrəvanda baş verən partlayışla bağlı saxlanılanlar var

Dünya

Ermənistanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı dörd nəfər saxlanılıb.

Bu barədə İrəvan prokurorluğundan məlumat verilib.

Bildirilir ki, onlar barəsində “yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib, daha sonra yanğın başlayıb. İlkin məlumatlara görə, pirotexniki vasitələr olan anbar partlayıb, 2,8 min kvadratmetrdən çox sahəsi olan üçmərtəbəli bina qismən dağılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər itkin düşüb, həmçinin aralarında uşaqlar da olmaqla 63 nəfər yaralanıb.

Mənbə: Hraparak

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir