Rusiya Mərkəzi Bankının rəhbəri: “Yuan dollar və avronun rolunu əvəz edəcək”

Dünya

“Dolların və avronun Rusiya iqtisadiyyatına təsiri yuanla əvəzlənəcək”.

Bunu Rusiya Mərkəzi Bankının rəhbəri German Qref deyib.

“Dollar və avronun rolu yuanla əvəzlənəcək və mən dolların Rusiyanın yerli iqtisadiyyatına təsirinin eyni vəziyyətinə qayıdacağını düşünmürəm”, – deyə Qref qeyd edib.

O vurğulayıb ki, gələcəkdə Rusiya əsas ticarət tərəfdaşlarından, ilk növbədə Çindən asılılığını artıracaq.

Bundan əvvəl Rusiya Mərkəzi Bankının idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib ki, bank yuanla kredit verməyə başlayır və Hindistan rupisi ilə kreditlərin verilməsi imkanlarını nəzərdən keçirir.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir