İranda yenə zəlzələ olub, Naxçıvanda hiss olunub

Dünya

Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 16:37-də baş verib. Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi 9 kilometr olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, oktyabrın 5-də də İranda baş verən zəlzələ Naxçıvanda hiss olunmuşdu.