Ərdoğan: “Qaz habının yaradılması məsələsində Putinlə razılığa gəlmişik”

Dünya

“Bu gün Avropa ölkələri aktiv şəkildə qaz almaq yollarını axtarır, Türkiyənin isə belə problemləri yoxdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

Ərdoğanın sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə son görüşdə qaz məsələsində razılığa gəliblər.

“Türkiyədə Rusiya qazı üçün hab yaradacağıq. Putinin özü deyib ki, Avropa Türkiyə vasitəsilə qaz ala bilər”, – deyə prezident bildirib.

Mənbə: Haber Global