İranda güneyli fəaldan maraqlı aksiya – VİDEO

Dünya

Etirazların səngimədiyi İranda daha bir aksiya sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı video paylaşıb.

Kadrlardan görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin əski əlifba ilə “Güney Azərbaycanın Prezidenti” yazılan şəkli divara vurulub. Həmin şəklin altında olan İranın ali dini lideri Seyid Əli Xameneinin şəkli isə güneyli fəallardan biri tərəfindən divardan qoparılaraq yerə atılır və tapdanır.