“Laskovıy may” qrupunun yaradıcısı vəfat etdi

Dünya

“Laskovıy may” qrupunun yaradıcısı, rusiyalı bəstəkar Serqey Kuznesov vəfat edib.

O, ağır xəstəlik nəticəsində 59 yaşında Rusiyanın Orenburq şəhərində dünyasını dəyişib.

Bəstəkar “Belıe rozı” (“Ağ qızılgüllər”), “Sedaya noç” (“Boz gecə”) və “Rozovıy veçer” (“Çəhrayı axşam”) mahnılarının müəllifi olub.

Kuznesov həmçinin “Çernila dlya pyatoqo klassa” (“Beşinci sinif üçün mürəkkəb”), “Steklovata” (“Şüşə yun”) və s. qrupların yaradıcısıdır.

Mənbə: Vestiru24