ABŞ-da minlərlə litr benzin yola dağıldı: Əhali təxliyə edildi

Dünya

Noyabrın 17-də ABŞ-da 26 min litr yanacaq daşıyan maşın aşıb.

Hadisə nəticəsində benzinin yarısından çoxu ətrafa dağılıb.

Qəza Pensilvaniya ştatının Betlehem şəhərində baş verib.

İnsidentin yaşandığı bölgədə nəqliyyatın hərəkəti dayandırılıb.

Həmçinin, yaxınlıqdakı onlarla evdən minə yaxın sakin təxliyə edilib.

Qəzanın təfərrüatları araşdırılır.

Mənbə: rossaprimavera.ru