Suriyada beş terrorçu zərərsizləşdirildi – VİDEO

Dünya

Suriyanın şimalındakı Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyindən açıqlama verilib.

“Terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – deyə nazirlikdən bildirilib.