Zəfəri qeyd edən argentinalı futbolçular faciəvi ölümün bir addımlığından döndülər – VİDEO

Dünya

Dünya çempionatının qalibi olan argentinalı futbolçular bu gün vətənlərinə dönüblər.

Çempionları daşıyan üstüaçıq avtobus Argentina paytaxtında dövrə vurub. Azarkeşlərlə futbolçuların ənənəvi görüşü baş tutub.

Bu əsnada Messinin, Di Marianın olduğu avtobus elektrik kabellərinin çəkildiyi küçədən keçərkən futbolçulara ciddi təhlükə yaranıb.

Xoşbəxtlikdən, futbolçular cəld reaksiya ilə başlarını aşağı əyib ağır faciədən qurtula biliblər.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: ESPN