Parisdə iğtişaşlar davam edir: Avtomobillər yandırılıb, mağazaların şüşələri sındırılıb – VİDEO

Dünya

Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında şiddətli toqquşmalar olub.

Belə ki, ötən gün Parisdə bir nəfər kişi odlu silahdan atəş açaraq üç nəfəri öldürüb, daha üç nəfəri yaralayıb. Ölənlərin kürdəsilli şəxslər olduğu bildirilib.

Nümayişçilər hüquq mühafizə orqanlarının yaratmaz fəaliyyətinə və cinayətkarlıqla mübarizəyə lazımi diqqət ayırmamasına hiddətləniblər.  

İğtişaşlar zamanı 11 nəfər saxlanılıb.

Paris şəhərinin hüquq mühafizə orqanlarının məlumatına görə, etirazçılarla toqquşma zamanı 31 polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, bir neçə mağazanın şüşələri sındırılıb.

Mənbə: BFM