ABŞ-da son illərin ən güclü qar fırtınası yaşanır: 15 nəfər həyatını itirib – VİDEO

Dünya

ABŞ-ın müxtəlif ştatlarında davam edən qar fırtınası nəticəsində 15 nəfər həyatını itirib.

Ən güclü çovğun Ohayo, Kanzas, Nyu-York və Missuri ştatlarında yaşanır.

Digər məlumata əsasən, Ohayo ştatında magistral yolda 50-yə yaxın avtomobil toqquşub. Çovğun səbəbindən Birləşmiş Ştatlar ərazisində 1 800 aviareys ləğv edilib.

Bİr milyondan çox insan işıqsız qalıb.

Mənbə: CNN