Rusiyada universitetdə qətliam törədən gəncə hökm oxundu

Dünya

Rusiyanın Perm Vilayət Məhkəməsi 2021-ci ilin sentyabrında Perm Dövlət Milli Araşdırma Universitetində qətliam törədən Timur Bekmansurovu ömürlük həbs cəzasına məhkum edib.

Beləliklə, hakim ittiham tərəfinin vəsatətini təmin edib: prokurorlar məhkəmədən maksimum cəza hökmü tələb ediblər.

Xatırladaq ki, 2021-ci il sentyabrın 20-də 1-ci kurs tələbəsi Bekmansurov silahla universitetə girərək qarşısına çıxanı güllələyib. Hücum nəticəsində altı nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bekmansurovun özü saxlanılarkən aldığı güllə yarasına görə ayağı baldırından amputasiya olunub.

Mənbə: RBK