Vilayət Eyvazov jurnalist Zahir Əmənovun məsələsini nəzarətə götürüb

Gündəm

Daxili İşlər naziri Vilayət Eyvazov saxlanılan jurnalist Zahir Əmənovun həbsi ilə bağlı araşdırmanı nəzarətə götürüb.

102info.az Bakupost.az-a istinadla bildirir ki, bu barədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı məlumat verib.

O qeyd edib ki, bu gün səhər DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev zəng vurub və onların müraciətini nazirin diqqətə çatdırdığını deyib.

Əlavə edib ki, nazir əlindən gələn köməyi edəcək.

Xatırladaq ki, “Cənub.az” saytının  baş redaktoru Z.Əmənov icra nümayəndəsindən 1500 rüşvət almaqda ittiham olunaraq saxlanılıb. Bununla bağlı Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev və Əvəz Zeynallı DİN-ə müraciət edərək, hadisənin qurama olduğunu iddia ediblər. Onlar nazirdən faktı şəxsi nəzarətinə götürməyi xahiş ediblər

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir