Milli Qəhraman Şükür Həmidovun doğum günündə xatirəsi anılıb

Hərbi



Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günü ilə əlaqədar tədbirlər keçirilib.
İkinci Fəxri xiyabanda baş tutan anım mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, RİH-nin məsul işçiləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, təşkilatın məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və ictimayyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev , YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov polkovnik , Milli Qəhrəman Şükür Həmidovun qəhrəmanlığından və keçdiyi döyüş yolundan danışıblar.
Şükür Həmidovun qəhrəmanlığının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb.
Milli Qəhrəmanın atası Nəriman Həmidov göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Anım tədbiri Sumqayıt şəhərində şəhid zabitin şərəfinə inşa edilən xatirə abidəsinin və Qubadlı rayonu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov adına Xanlıq kənd 3 nömrəli tam orta məktəbin ziyarət olunması ilə davam edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir