“Çelsi” Mudrikin transferi üçün “Şaxtyor”la razılaşıb

İdman

“Çelsi” və “Şaxtyor” Mixaylo Mudrikin transferi ilə bağlı razılığa gəlib.

Məlumata görə, klublar 70 milyon avroya razılaşıb, daha 40 milyon avro isə bonus kimi ödəniləcək.

Bundan əlavə, 22 yaşlı vingerlə 7+ illik müqavilə də razılaşdırılıb.

Daha əvvəl bildirilmişdi ki, “Arsenal”ın Mudrik üçün təklifi bonuslar daxil olmaqla 90-95 milyon avro civarındadır.

Qeyd edək ki, Mudrik bu mövsüm UPL-də 12 oyuna çıxıb, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 6 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: sports.ru