Aİ İrana qarşı sanksiyalar siyahısına 37 maddə əlavə edəcək

İdman

Avropa İttifaqı (Aİ) bazar ertəsi İrana qarşı sanksiyalar siyahısına 37 maddə daxil edəcək.

Ölkənin bir sıra rəsmiləri insan hüquqlarını pozduqlarına görə sanksiya siyahısına salınacaqlar.

“Bazar ertəsi biz İrana qarşı dördüncü sanksiyalar paketini qəbul edəcəyik və hesab edirik ki, SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatları siyahısına daxil etmək üçün artıq beşinci sanksiyalar paketinin hazırlanmasına başlamalıyıq” , – Aİ-dəki mənbə bəyan edib.

Bildirilir ki, məhdudlaşdırıcı tədbirlər çərçivəsində SEPAH üzvlərinin Aİ-yə daxil olmasına icazə verilməyəcək və onların Avropa ölkələrindəki aktivləri dondurulacaq.

Mənbə: TASS