“Liverpul” – “Çelsi” oyununda qalib müəyyənləşmədi

İdman

Bu gün İngiltərə Premyer Liqasının növbəti turunda “Liverpul” və “Çelsi” komandaları üz-üzə gəlib.

63 min yerlik “Enfild” stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb.

“Liverpul” – “Çelsi” – 0:0

Bu nəticədən sonra “Liverpul” 29 xalla (19 oyun) 8-ci, “Çelsi” eyni xalla 10-cudur (20 oyun). Siyahıya 47 xalla (18 oyun) “Arsenal” başçılıq edir. “Mançester Siti” 42 xalla (19 oyun) 2-ci, “Mançester Yunayted” 39 xalla (19 oyun) 3-cüdür.