“Real” Madrid klubu Türkiyəyə 20 mindən çox geyim dəsti göndərdi – FOTO

İdman

İspaniyanın “Real” Madrid klubu zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə 20 min 42 ədəd geyim dəsti göndərib.

Bu barədə “Madrid Zone” “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, “Real” Madridin baş direktoru Xose Anxel Sançez bu təşəbbüslərə rəhbərlik edən türk agent Bayram Tutumlu ilə görüşüb.