Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq – AFİŞA

İdman

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutacaq.

Turnirin favoritlərindən İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leypziq”in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək.

Digər oyun isə İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral

00:00. “Leypziq” (Almaniya) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, “RB Arena”

00:00. “İnter” (İtaliya) – “Portu” (Portuqaliya)
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Bu gecə baş tutan “Liverpul” – “Real Madrid” qarşılaşmasında qonaqlar 2:5 hesablı qələbəyə seviniblər. “Ayntraxt” isə öz meydanında “Napoli”yə məğlub olub – 0:2.