Messi “Barselona”ya qayıtmaq istəyir

İdman

PSJ-nin hücumçusu Lionel Messi Paris klubu ilə başa çatacaq müqaviləni yeniləməyəcək

ESPN-in jurnalisti Esteban Edul bildirib ki, argentinalı forvard “Barselona”ya qayıtmaq istəyir. Onun sözlərinə görə, idman səbəblərindən Messinin PSJ-də qalması mümkün görünmür. Oyunçunun ailəsi isə yenidən “Barselona”da yaşamaq istəyir. Lakin Kataloniya klubu hələlik bu istiqamətdə hər hansı addım atmayıb.

35 yaşlı Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 30 oyuna çıxıb, 18 qol və16 məhsuldar ötürmə edib. Onun Fransa klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.