“İnter” çempionluq yarışında büdrədi – VİDEO

İdman

İtaliya A Seriyasının 30-cu turunda “İnter” evində “Fiorentina” ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsinə səhnə olan oyunda ilk hissədə qol vurulmayıb.

Hesabı ikinci hissədə qonaqlar 50-ci dəqiqədə L. Torreyranın qolu ilə önə keçib. Ev sahiblərinin cavab qolu beş dəqiqə sonra D.Damfraysla gəlib.

Qarşılaşmanın qalan vaxtında qol vurulmayıb və tərəflər meydandan heç-heçə ilə ayrılıb 1:1.

Ardıcıl ikinci oyunda xal itirən “İnter” liderlik mübarizəsində “Milan” və “Napoli”nin üç xal gerisində qalıb.

“Fiorentina” isə 47 xalla səkkizinci pillədə qərarlaşıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir