Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə bilər

İdman

Avarçəkmə üzrə növbəti beynəlxalq yarış Suqovuşanda keçirilə bilər.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlər aparılır:

“Bizim idmançılar üçün böyük stimuldur ki, belə bir tədbir Qarabağda keçirildi. Prezident İlham Əliyevə buna görə təşəkkürümüzü bildirirəm. Gənclərimiz bu soyuq havaya baxmayaraq, məşqləri burada keçirir. Bundan sonra da tez-tez burada məşqlərin keçirilməsi nəzərdə tutulur. Ən böyük hədəflərimizdən biri yaxın gələcəkdə avarçəkmənin kayak, kanoe və akademik avarçəkmə növləri üzrə beynəlxalq yarışların burada keçirilməsinə nail olmaqdır. Bu, konkret olaraq may ayına bu nəzərdə tutulur. Bununla bağlı yaxın gələcəkdə tam dəqiq məlumat veriləcək”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir