ABŞ millisi uduzaraq dünya çempionatına vəsiqə qazandı

İdman

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb.

Oxu.Az xəbər verir ki, ABŞ Kosta Rikaya 0:2 uduzub. Kosta Rika xalları bərabərləşdirsə də, lazımı qədər top vura bilmədiyi üçün ABŞ turnir cədvəlinin üçüncüsü kimi mundiala vəsiqə qazanıb.

Meksika isə Salvadora 2:0 qalib gələrək turnir cədvəlinin ikincisi kimi dünya çempionatında iştirak hüququ əldə edib. Beləliklə, dördüncü olan Kosta Rika Solomon adalarını 5:0 məğlub edən Yeni Zelandiya ilə pley-off matçı keçirəcək.

Həmçinin Uels – Şotlandiya/Ukrayna və BƏƏ/Avstraliya – Peru cütlərinin qalibi son vəsiqələrin sahibinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir