Boccia İdman Federasiyasının Milli komandası Xorvatiyaya yola düşdü – FOTO

İdman

Boccia İdman Federasiyasının Milli komandası Xorvatiyaya yola düşdü.

Federasiyadan verilən məlumata görə, Zaqreb şəhərində açıq-regional çempionata hazırlıq mərhələsi keçirilir.

B-2, B-4 kateqoriyalı Boccia idman Federasiyanın idmançıları dünya çempionatının hazırlıq mərhələsində iştirak etmək üçün Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb. 4 aprel 2022-ci il tarixində  Zaqreb şəhərində keçiriləcək olan açıq-regional yarışda Boccia İdman Federasiyasının məşqçi heyəti və idmançıları iştirak edəcək.

Nümayəndə heyətinin rəhbəri Boccia İdman Federasiyasının rəhbərliyi İlham Məhərrəmov yarış öncəsi verdiyi müsahibədə turnirdə komandamızın uğurla çıxış edəcəyinə əmin olduğunu, bu oyunların komanda üçün vacib olduğunu bildirib. İlham Məhərrəmov gələcəkdə beynəlxalq yarışların ölkəmizdə keçirilməsini təmin edəcəyini qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir