Çempionlar Liqasında qapıçıdan kobud səhv – VİDEO

İdman

Fransalı forvard, Madrid “Real”ının hücumçusu Kərim Benzema cari il Çempionlar Liqasında 11-ci qolunu vurub.

Belə ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə qarşılaşmada K.Benzema het-trikə imza atıb.

Fransalı hücumçunun üçüncü qolu qapıçı Eduard Mendinin oyunun ikinci hissəsində kobud səhvindən sonra tora daxil olub.

Hazırda matç davam edir. 3:1 hesabı ilə “Real” qalib gəlir. 

Qeyd edək ki, cari mövsümün Çempionlar Liqasında K.Benzema hazırda 11 qolla “Ayaks”ın hücumçusu Sebastyan Alleriyə çatıb.

Ən çox qol vuran futbolçu isə Münhen “Bavariya”sının forvardı Robert Levandovskidir. Polşalının aktivində 12 top var.  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir