Ukraynada oynayan milli futbolçusu Azərbaycanda çıxış edəcək

İdman

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev karyerasını “Sumqayıt”da davam etdirəcək.

Oxu.Az xəbər verir ki, ukraynalı hücumçu “Kolos” klubundan Azərbaycan təmsilçisinə keçib.

Artıq onun adı Premyer Liqada iştirak üçün sifariş vərəqinə əlavə olunub. 25 yaşlı oyunçu Ukraynadakı vəziyyət üzündən başqa kluba keçmək hüququndan yararlanıb. Anatoli mövsümün sonunadək Sumqayıtın eyniadlı təmsilçisində çıxış edəcək. Forvard yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, klub hələ yeni transferini rəsmən açıqlamayıb. Belə ki, futbolçu hələ Ukraynadadır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir