Pasxa bayramını qeyd etmək üçün yola çıxan ziyarətçilər ağır qəzaya düşdülər: 35 sərnişin həlak oldu

Dünya

Zimbabvedə Pasxa bayramını qeyd etmək üçün Masvinqo şəhərinə yollanan ziyarətçilər ağır yol qəzasına düşüblər.

Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 35 nəfər həyatını itirib, 75 sərnişin isə yaralanıb.

Yaralı sərnişinlərdən 13-nün vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir