Mahir Emreli “Dinamo”da növbəti qolunu vurub – VİDEO

İdman

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti qolunu vurub.

25 yaşlı hücumçu evdə “İstra”ya qarşı 1-ci Liqanın XXXI tur oyununda fərqlənib.

O, 50-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, forvardın Zaqreb təmsilçisində 2-ci qolu olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 3:0 hesabı ilə irəlidədir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir