Rafael Ağayev ABŞ-da revanş döyüşünə çıxacaq – FOTO/VİDEO

İdman

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Kombat”dakı növbəti döyüşünün vaxtı açıqlanıb.

Oxu.Az xəbər verir ki, turnirdə dördüncü mövsümə mayın 14-də start veriləcək.

37 yaşlı Rafael Ağayev isə yeni mövsümdə debütünü iyunun 11-də edəcək. Ağayev Macarıstan təmsilçisi Jolt Habda ilə yenidən qarşılaşacaq. O, bu ilin yanvarında Budapeştdə macar azarkeşlərin gözü önündə məğlub etdiyi rəqibi ilə revanş döyüşünə çıxacaq.

Döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq. Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.

 
 
Qeyd edək ki, bu, Rafael Ağayevin bu turnirdə sayca üçüncü döyüşü olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir