“Neftçi” minimalhesablı qələbə ilə avrokuboklara vəsiqəni təmin etdi – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

“Neftçi” səfərdə “Səbail”lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“ASCO Arena”dakı matçda “ağ-qaralar”ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini möhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

“Dənizçilər” 14 xalla sonuncu – 8-ci sırada qalıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir