“Formula 1” bolidlərinin ölçüləri azaldılacaq

İdman

“Formula 1” Komissiyasının iclasından sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümü üçün dünya çempionatının bolidlər baxımından texniki reqlamentinin yaradacağı prinsipləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, FIA avtomobillərin ölçülərinin kiçildiləcəyini və çəki artımının dayandırılacağını bildirib.

Qərara əsasən, bolidlər ətraf mühitə uyğun və səmərəli olacaq. Avtomobillər arasında sıx rəqabət və onların daha da təkmilləşdirilməsi nəzərə alınacaq.

Həmçinin ekoloji cəhətdən təmiz materialların və ya texnologiyaların istifadəsi genişləndiriləcək. Bundan əlavə, onların yenidən istifadəyə yararlılığına diqqət yetiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir