İddiaçılar Turniri: Teymur Rəcəbovun ilk rəqibi bəlli olub

İdman

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinin toplantısı keçirilir.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, görüşdə FIDE-nin məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir.

Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəni Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

Püşkə əsasən, Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçı ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.

Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir