“Qarabağ”ın finaldakı rəqibi bəlli oldu – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçının adına aydınlıq gəlib.

Yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Neftçi”ni məğlub edən “Zirə” həlledici qarşılaşmada “Qarabağ”ın rəqibi olub.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman qonaqlar daha dəqiq (4:2) oynayaraq, finala adlayıblar.

“Ağ-qaralar”dan Emin Mahmudov, Tiaqo Bezerra, “qartallar”dan Hamidu Keyta, Təmkin Xəlilzadə, Qismət Alıyev və Davit Volkov fərqləniblər.

“Neftçi”dən Eddi İsrafilov və Gilyerme Pato isə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Komandalar arasındakı ilk matçda qapılara qol vurulmamışdı.

Qeyd edək ki, Azərbaycan Kubokunun həlledici görüşü mayın 27-də olacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir