UEFA qadınlar üçün Millətlər Liqasını təsis etdi

İdman

UEFA İcraiyyə Komitəsi Olimpiya Oyunlarının təsnifat turnirinə çevriləcək, həmçinin Avropa və Dünya Çempionatlarına vəsiqə qazanılmasına təsir göstərəcək qadınlar arasında Millətlər Liqası turnirini təsis edib.

Yarışın ilk püşkatma mərasimi 2023-cü ilin payızında olacaq. Turnirdə dörd ildən bir Olimpiya Oyunlarına gedəcək üç Avropa komandası müəyyənləşəcək.

Millətlər Liqasının yekun reytinqi, eləcə də pley-off mərhələsi komandaların Avropa təsnifat mərhələsində start mövqeyini müəyyən edəcək.

Yarış tamamlandıqdan sonra hansı komandaların Avropa və Dünya çempionatlarına birbaşa çıxacağını və Avropa təsnifat mərhələsinin pley-off qarşılaşmalarında iştirak edəcəyini müəyyənləşdirən yekun reytinq tərtib olunacaq.

Mənbə: sport24.ru