Rusiya millisi Tacikistana uduzdu: Yeddi qoldan beşini azərbaycanlı vurdu

İdman

Rusiya futzal yığması yoldaşlıq görüşündə Tacikistana 7:10 hesabı ilə uduzub.

Görüş bazar ertəsi Düşənbədə keçirilib.

Rusiya yığmasının heyətində həmyerlimiz Yanar Əsədov 5 qol vurub. Sergey Denisov və Artem Niyazov da hərəyə bir dəfə fərqləniblər.

Noyabrın 8-də komandalar daha bir görüş keçirəcəklər.

Düşənbədə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mənbə: TASS