Azərbaycanlı futbolçunun komanda yoldaşı 2022-ci ilin ən yaxşı qapıçısı adına namizəddir

İdman

2022-ci ilin ən yaxşı qapıçısı adına namizəd futbolçuların adları açıqlanıb.

Siyahını FIFA dərc edib.

Namizədlər arasında Azərbaycan millisinin oyunçusu Mahir Emrelinin Zaqrebin “Dinamo” komandasından yoldaşı Dominik Livakoviç də var.

Beləliklə, 2022-ci ilin ən yaxşı qapıçısı adına namizədlər:

1. Yassin Bunu – (Misir / “Sevilya”)

2. Emiliano Martinez (Argentina / “Aston Villa”)

3. Alisson Beker – (Braziliya / “Liverpul”)

4. Tibo Kurtua – (Belçika / “Real”(Madrid)

5. Dominik Livakoviç – (“Dinamo” (Zaqreb) / Xorvatiya)