“Kəpəz” braziliyalı futbolçunu transfer edib

İdman

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisi braziliyalı Alessandro Pinheiro Martins Juniorla müqavilə imzalayıb.

Sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi iki il komandanın formasını geyinəcək.

Qeyd edək ki, oyunçu son olaraq Litvada “Babrunqas”ın formasını geyinib.